Sabiq nazir: "Namizəd olmaq fikrim yoxdur”

img

04-03-2024 [15:17]


Rövnəq Abdullayev AFFA-nın prezidenti postuna namizədliyini irəli sürməyəcək.

Mia.az xəbər verir ki, bu barədə o, Gəncə Futbol Akademiyasının açılış mərasimində deyib.

Məsələyə münasibət bildirən AFFA İcraiyyə Komitəsinin üzvü, sabiq xarici işlər naziri Elmar Məmmədyarov “Sherg.az”a söyləyib ki, Bu Rövnəq Abdullayevin şəxsi fikridir: “Rövnəq bəy bildirdi ki, AFFA-nın 16 ildir Prezdentliyini edirəm. Bundan sonra bunu yeni şəxsin icra etməsini istəyirəm. Rövnəq Abdullayevin yerinə namizəd olacaq bəzi şəxslərin adları ağlımda var. Amma mənim bunu açıq şəkildə deməyim doğru olmaz. Çünki dəyişiklik təkcə Elmar Məmmədyarovun fikirləri əsasında baş vermir. Təxminən10 gün sonra bütün namizədlərin adı ictimaiyyətə bəlli olacaq. Namizəd olmaqla bağlı isə fikrim yoxdur”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq