"Azərlotoreya"ın oyunu: pul qazanmaq şansı 0.00002%-dir – Hesavlama qaydası
02-03-2024 [17:34]
Leqal qumar və ya adını nə qoyuruqsa, qoyaq fərq etmir. Biriləri Azərbaycanda əlini qolunu sallayaraq qumar oynadacaq və bu qumardan milyonlar qazanacaq, kasıb təbəqə isə son çarə bəxtini qanuni qumarda axtaracaq.
“Azərlotoreya” yəni, qanuni qumarbazlar metro çıxışlarını, universitet kənarlarını hədəf alaraq daha çox bilet satmaq üçün əlindən gələni edir. Bəs bu biletlərdən sizin cek pot udma şansınız bilirsiz neçədi? 0.00002 faiz. Buna görə də qanuni qumarın zərəri faydalarından qat-qat çoxdur. Çünki, riyaziyyat dəqiq elmdir və heç vaxt sizi aldatmaz. 0.00002% ehtimal dalınca qaçmaqdansa, “Azərlotoreya”ya ayırdığınız vəsaiti özünüzə və ya sevdiklərinizə xərcləsəniz, daha gözəl olar. Sizin qanuni qumara xərclədiyiniz vəsaitin toplamı isə milyonlara bərabərdir.
Kommersant.az olaraq “Azərlotoreya” haqqında araşdırma etdik. "Qumar saytı" 2022-ci ilin yekunlarına dair hesabatlarını açıqlamasa da, 2021-ci il hesabatını incələdik, hesabladıq, baş yorduq və nəticədə "baş qumarbaz"ın əldə etdiyi gəliri tapdıq. Absurd rəqəmlərdən söhbət gedir. “Azərlotoreya”nın 2021-ci ildə əldə etdiyi xalis mənfəəti Azərbaycanda fəaliyyət göstərən 25 bankdan heç 12-si 2022-ci ilin sonunda əldə edə bilməyib. Yəni, 12 bankın 2022-ci il göstəriciləri “qumarxananın” 1 il əvvəlki göstəricilərinə görə azdır. Onların ümumi mənfəəti 20 milyon 873 min manat olub ki, bu da əksər bankların göstəricilərinə görə çoxdur. Buna görə də yerli banklarımız leqal qumar işinə investisiya etsələr, bankdan daha çox gəlir əldə etmiş olarlar.
Azərlotoreya | Göstəriciləri |
Ümumi mənfəət | 20.873 |
Gəlir | 43.969 |
Satışın maya dəyəri | 23.096 |
Əməliyyat mənfəəti | 12.226 |
Reklam və marketinq xərcləri | 883 |
İnzibati xərclər | 5.954 |
Sair əməliyyat xərcləri | 1.808 |
Xalis maliyyə gəlirləri | 457 |
Maliyyə gəlirləri | 505 |
Maliyyə xərcləri | 47 |
Mənfəət vergisindən əvvəlki mənfəət | 12.683 |
Mənfəət vergisi | 5.102 |
Mənfəət və məcmu gəlir | 7.581 |
“Azərlotoreya”nın cəmi aktivləri 31 milyon 873 min manatlıq aktivə sahib olub. Bunun 6 milyon 744 min manatı və ya 21.1%-i uzunmüddətli, 25 milyon 129 min manatı və ya 78.8%-i isə cari aktivlər olub. Qumarxananın aktivlərinə görə faiz gəlirliyi isə 65.5% təşkil edib. Azərbaycan banklarının heç biri bu göstəricini əldə edə bilməz. Çünki 2022-ci ilin sonunda bankların aktivlərindən ən yüksək istifadəsi 5.26% olaraq müəyyən olunub. Hətta 25 bankın toplam göstəricisi 40.3%-i keçə bilməyib.
Azərlotoreya | Göstəriciləri |
Cəmi aktivlər | 31.873 |
Uzunmüddətli aktivlər | 6.744 |
Əmlak, qurğu və avadanlıq | 1.349 |
İstifadə hüququ formasındakı aktivlər | 3.549 |
Qeyri-maddi aktivlər | 1.844 |
Təxirə salınmış vergi aktivləri | - |
Cari aktivlər | 25.129 |
Mal-material ehtiyatları | 948 |
Ticari debitor borcları | 2.147 |
Qabaqcadan ödənişlər | 119 |
Pul vəsaitləri və onların ekvivalentləri | 21.901 |
Sair aktivlər | 12 |
Qanuni qumarxananın audit göstəricilərini isə “KPMG Azərbaycan limited” şirkəti hesablayıb. Hansı ki, “KPMG Azərbaycan limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin fəaliyyəti 16.01.17-ci il tarixli ərizəyə əsasən müvəqqəti olaraq dayandırılmışdı.
Bu vəziyyət, bu milyonlar hər kəsi ciddi narahat edir. Hətta millət vəkillərimiz də bununla bağlı ciddi narahatlıqlarını ifadə ediblər.
Millət vəkili Aqil Abbas ““Azərlotoreya”nın fəaliyyəti leqaldır. Amma hər bir işin həddi-hüdudu və qaydaları var axı. Leqaldır deyə hərə bir “taxta oturacaq düzəldərək insanları qumara sövqmü etməlidir? Metroların giriş və çıxışlarında, insanlar çox olan yerlərdə “Azərlotoreya”nın əməkdaşları hərəsi bir stol qoyaraq satışmı etməlidir?”, - deyə açıqlama verib.
Daha sonra isə millət vəkili Tahir Kərimli açıqlamasında “Dövlətin rəsmi şəkildə qumarı leqallaşdırması, adına nə qoyur-qoysun - “Poz, qazan”, nə bilim, lotereya - buna nifrət etdiyini bildirib. Bu, bütün dünyada var. Dövlət belə şeylərdən pul qazanmalı deyil. Hamıya bəllidir ki, “Poz, qazan”, yaxud bu kimi qumar xarakterli lotereyaların satışından təkcə dövlət qazanmır. Bunu satanlar dolaşıq, fırıldaq yolu ilə milyonlar, milyardlar qazanır, ciblərini doldururlar. Yazıq camaat da dolana bilmir, əlinə düşəni verib, lotereya alır ki, bəlkə, bəxti gətirə, nəsə udar”, - deyə bildirib.
Sabah isti hava olacaq
Zaqatalada çayxana sahibi blçaqlanıb
Bu gün magistraturalarına qəbul imtahanı keçiriləcək
Ağdamda daha bir mina partlayışı: yaralı var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Şair-publisist Namiq Hacıheydərli vəfat edib
Bilik və bacarığını nəticəyönümlü fəaliyyətə çevirən müəllim... - Yeni layihə (FOTOLAR)
Hikmət Hacıyev: "Azərbaycanın mülki əhalisi, demək olar ki..."
Abşeronda içki məclisində dava: dost dostunu öldürdü və...
ALİ MƏHKƏMƏ HAKİMİNDƏN ŞOK HƏRƏKƏT: evində canına qıyıb
“Toplum TV”nin daha bir əməkdaşı saxlanılıb? - DİN-dən açıqlama
Prezident İlham Əliyev daha bir sərəncam imzalayıb
PREZİDENT ONLAR HAQDA SƏRƏNCAM İMZALADI - Siyahı
Rektordan maraqlı təyinat - ”Mercedes-Benz"in keçmiş işçisini özünə müşavir götürüb
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb - 3 qurum birgə məlumat yaydı
Laçının Sus kəndinə 59 ailə köçürülür - Püşk atıldı (FOTOLAR)
Sabahın hava proqnozu açıqlandı
Azərbaycan nefti 2 dollara yaxın bahalaşıb
DEPUTATA SUİ-QƏSD İŞİ: "Fazil Mustafanı dini çıxışlarına görə cəzalandırmaq istəyirdik" - Məhkəmə prosesi
"Azəriqaz" İB-də ikibaşlı oyun: imtahandan keçən xanıma ögey münasibət etiraz doğurdu, qurum rəsmisi reaksiya verdi
İTV-də dəyişiklik - Aparat rəhbəri Baş direktor müavini təyin olunub
Salyanda avtomobil və mal oğrusu tutulub
Xankəndidə silah və sursatlar aşkarlanıb
Bakcell ilə innovasiya dövrü başladı - FOTOLAR
Prezident Ərdoğanın ABŞ-a səfəri təxirə salınıb - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Qalatasaray" 3 xalı 3 qolla qazandı
Nazir xidməti maşınında qəzaya düşüb
Prezident İlham Əliyev Almaniyadan Vətənə dönüb - FOTOLAR
İlham Əliyev Almaniyada: Kanslerlə birgə mətbuat konfransı keçirildi - "Əslində, sualınız təəccüb doğurur, çünki..." (FOTOLAR)
Bakının Nizami rayonunda dərəbəylikdir - FOTOLAR
Azərbaycan və Almaniya prezidentləri bağda gəzişərək səmimi söhbət ediblər - FOTOLAR
SƏRHƏDLƏR DƏQİQLƏŞDİRİLiR: nəzərdə tutulan işlərin 35 faizi görülüb
ƏƏSMN-in strukturunda müdir dəyişikliyi olub - Regional idarələrdə kimlərə vəzifələr verilib?
AFFA İntizam Komitəsi "Qarabağ" klubunu cərimələyib
Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatdı - VİDEO, FOTOLAR
İLHAM ƏLİYEV BERLİNDƏ TƏDBİRDƏ: "Beləliklə, biz çox məsuliyyətlə davrandıq və..." - FOTOLAR (Yenilənib)
Prezident İlham Əliyev Almaniya XİN rəhbəri ilə görüşüb - FOTOLAR
Nazim Quliyev həbs olunub - Səbəb
Əli Əsədov daha bir qərar imzalayıb
Rusiya müdafiə naziri: "ABŞ Ukraynadakı münaqişəni bilərəkdən uzadır" - "Rusiya bu cür təhdidlərdən çəkinən deyil"
Keçmiş rektor yenidən hakim qarşısına çıxarıldı
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib