Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
CƏMİYYƏT
02.03.2024, 00:03
Qoç - təhsil, habelə bilik və təcrübə əldə etmək üçün yaxşı gündür. Yeni informasiyanı sürətlə əxz edəcəksiniz. Faydalı məlumatların əldə edilməsi ilə bağlı problemlər yaranmayacaq. Qəfil təklif ala bilərsiniz. Həmin təklif sizi yaşamınızda nəyisə köklü şəkildə dəyişməyə sövq edə bilər. Maliyyə məsələləri baxımından əlverişli zamandır.
Günün ikinci yarısında həddən artıq çalışaraq özünüzü yormayın. Yorğunluq səhhətinizə pis təsir edərək xroniki ağrıları "oyada" bilər. Səfərdə və ya yolda mənasız riskə getməyin. Macəra və sərgüzəşt aramayın.
Buğa - yeni işlərə başlamaq olar. Bir şərtlə ki, aramla, tələsmədən, düşünülmüş şəkildə hərəkət edərək ehtiyatlı davranasınız. Yaşlı qohumlar və ya təcrübəli dostların məsləhətlərinə ehtiyacınız var. Onların sayəsində ciddi səhvdən qoruna bilərsiniz. Maliyyə məsələləri ilə bağlı qərarlar verməyin.
Günün ikinci yarısında səhhətdə problemin yaranması riski var. Zökəm və ya soyuqdəymə istisna olunmadığından profilaktiki tədbirlərə əl atın. Uzun gəzinti, yorucu fiziki iş məsləhət deyil.
Əkizlər - gün uğurlu alınacaq. Yeni işlərdə irəliləyişlərə nail ola bilərsiniz. Şərtlər əlverişlidir. Yaxın ətrafınızdakı insanlarla münasibətlərdə kiçik anlaşılmazlıqlar yarana bilər. Sərt iradlar və aqressiv tənqidlərə varmayın. Kiçik maliyə itkiləri ola bilər.
Günün ikinci yarısında fiziki işdə xeyir var. Özünüzü gümrah hiss edəcəksiniz. Çözümü mühüm olan problemin həllini tapacaqsınız. Gəlirlər azdır. Alış-verişdə bədxərclik etməyin.
Xərçəng - günün ilk yarısında önəmli görüş ola bilər. Diqqətli və sayıq daranmasanız, nəticə ürəkaçan olmayacaq. Yeni tanışlarda özünüzlə bağlı xoş rəy yaranır. İndiyədək sizə fikir verməyən insanda bu gün maraq yarada bilərsiniz. Mebel, interyer əşyaları, məişət texnikası almaq üçün yaxşı gündür.
Günün ikinci yarısında yüngül ağrılar və kiçik travmalar ola bilər. Özünüzü qoruyun. Uzaq səfər, uzunmüddətli səyahət planlaşdırmayın. Belə macəra sizə neqativ emosiyalar verəcək. Axşam saatlarında gəlir və ya qiymətli hədiyyə istisna deyil.
Şir - risk etmək olar. Uğursuzluq ehtimalı azdır. Ünsiyyət çevrəsi genişlənəcək, sizə faydalı ola biləcək adamlarla qarşılaşacaq və ya tanış olacaqsınız. Yeni romantik münasibət yaranarsa, harmonik olacaq, sizi sevindirəcək. Ailə üzvlərinin qayğısına qalın.
Maliyyə durumu o qədər də yaxşı deyil. Pullar azdır və onları əldə etməyin yollarını bilmirsiniz. İzafi xərclərə yol verməyin. Nəzərdə tutduğunuz alış-verişi ertələyin.
Qız - gün kiçik çətinliklər və anlaşılmazlıqlardan xali olmasa da, ümumən pis deyil. Etibarlı dostlar və yaxınlarınız yardımlarını əsirgəməyəcəklər. Xelyi pozitiv emosiya alacaqsınız.
Başladığınız işi əsla yarımçıq qoymayın. Sevdiyiniz insanla münasibətlərdə həssas olun. Münaqişəyə rəvac verməyin. Səhhətinizin qeydinə qalın. İmiclə eksperimentlər etmək olar.
Tərəzi - aktiv və enerjili olun, rəqiblərin sizi üstələməsinə imkan verməyin. Tənhalıqda çox qalmayın. Mənfi emosiyaların təsirinə düşərək bədbinliyə qapıla bilərsiniz. Faydalı məlumat alacaqsınız. Köhnə dostlar yaxşı məsləhət verəcəklər. Səfər və ya səyahət üçün pis gün deyil. Az da olsa, gəlir əldə edəcəklər. Pullar gəldikləri kimi, gedəcəklər. Ruhdan düşməyin. Kulinar eksperimentlərdən imtina edin. Allergiya riski var.
Əqrəb - yeni işlərə başlamaq üçün uğurlu gündür. Eksperimentlər etmək, riskə getmək, ənənələri pozmaq olar. İntuisiyanızın dediyi kimi hərəkət edin. Sizi yaxınlarınız və qohumlarınız dəstəkləyəcəklər. Etibar etdiyiniz insanlardan birinin sürpriz davranışını görəcəksiniz.
Səhhətinizə fikir verin. Yüngül ağrılar, yuxusuzluq təhlükəsi var. Aktiv istirahət edin. Açıq havada çalışın. Axşam saatlarında normal istirahət edin.
Oxatan - mühüm və önəmli qərarlar qəbul etməyə tələsməyin. Çox yəqin ki, məlumat və ya informasiyanın gərəkli miqdarına, həcminə malik deyilsiniz. Səhv riski böyükdür. Yaşlı qohumlarınızla münasibətlərin formatına diqqət verin. Bu gün münaqişə yaranarsa, onu çözmək asan olmayacaq.
Yeni ideyalar yaranır. Onlardan birini həyata keçirməklə razılıq hissinə qovuşa bilərsiniz. Yardımçılar, müttəfiqlər, ideyanızın reallaşdırılmasına pul yatırmağa hazır insan tapacaqsınız. Səhhətinizin qeydinə qalın. Stomatoloqa baş çəkməyi unutmayın.
Oğlaq - gün ərzində yaranan kiçik problemlər əhvalınızı poza bilər. Ən kiçik müşkülləri, maneləri ürəyinizə salmayın. Sinirlənməyin, qıcıqlı davranmayın. Yaxınlarınız əhvalınızı yaxşılaşdırmağa çalışsalar da, niyyətlərinə çatmırlar. Onların səyləri sizdə stress yaratmasın. Kiçik maliyyə problemləri yarana bilər.
Diqqət, səliqə, təfərrüatlara və detallara ciddi yanaşma tələb edən işlər üçün pis gün deyil. Axşam saatlarını sakit keçirin. Maraqlı kitab oxuyun, ya da filmə baxın. Ruhi müvazinəti bərpa edin.
Dolça - ən cazibədar təkliflərə belə, dərhal müsbət cavab verməyə tələsməyin. Bir qədər gözləsəniz, qarşınızda çox yaxşı imkanlar açılacaq, perspektivlər yaranacaq. Son zamanlar darıxdığınız insanla görüş istisna deyil.
Günün ikinci yarısında qohumlarla ünsiyyətdə çətinliklər və problemlər yaratmayın. Səy göstərin, münasibətləri qoruyun.
Axşam saatlarına yaxın səhhətinizdə kiçik problemlər yarana bilər. İşləri azaldın, sağlamlığınızın qeydinə qalın. Gəzintiyə çıxın. Geyimi və ayaqqabıları elə seçin ki, özünüzü rahat hiss edəsiniz.
Balıqlar - hər şey istədiyiniz kimi getmir. Heç olmasa, zahirən soyuqqanlı, təmkinli olun. Bu, asan olmasa da, çalışın. Şəxsi münasibətlər zəminində ixtilaflar, yaxınlarınızla münaqişələr yaratmayın. Ailə ənənələrini pozaraq yaxın qohumlarınızı pərişan etməyin.
Alış-veriş uğursuz olacaq. Pulları mənasız işlərə xərcləməyin. Bu gün etdiyiniz bədxərcliyə görə sonradan özünüzü qınayacaqsınız. Kompüter arxasında həddən artıq vaxt keçirməyin, televizor qarşısında oturub qalmayın. Əks təqdirdə güclü başağrısına tuş ola bilərsiniz.
Milli.Az
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Baş nazirdən əlilliyin qiymətləndirilməsi ilə bağlı - Dəyişiklik
Bugün, 11:28 CƏMİYYƏT
-
Mikayıl Cabbarov: "Azərbaycan qazı İtaliya və bir sıra Avropa ölkələrinin..."
Bugün, 11:20 İQTİSADİYYAT
-
Şans sizi gözlətməyəcək - BÜRCÜNÜZ üçün xüsusi fürsətlər günlər
Bugün, 11:10 CƏMİYYƏT
-
"Trabzonspor"a uduzun klubda istefa oldu
Bugün, 10:59 İQTİSADİYYAT
-
Media subyektlərinə dəstək müsabiqəsi elan olunub
Bugün, 10:50 PRESS
-
Paşinyan yeni Konstitusiya layihəsini paylaşdı
Bugün, 10:43 SİYASƏT
-
Bakıda şirkət rəhbəri qandallandı
Bugün, 10:43 CƏMİYYƏT
-
104 Qəza xidmətinin maşınları ixtisara düşdü, sürücülər işsiz statusu ilə üzləşib, "Azərqaz"ın rəhbər şəxslərinin isə... - Xəbər təsdiqləndi (VİDEO, FOTO)
Bugün, 10:25 GÜNDƏM
-
Sumqayıtda 24 yaşlı qız dəm qazından ölüb
Bugün, 10:16 CƏMİYYƏT
-
Deputat "Şöhrət" ordeni ilə təltif edilib - Sərəncam
Bugün, 10:04 GÜNDƏM
-
Alyona Əliyeva “İki dünya arasında” adlı fərdi sərgidə - FOTOLAR
Bugün, 09:49 MƏDƏNİYYƏT
-
"Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir" - İlham Əliyevdən yeni mesaj
Bugün, 09:34 GÜNDƏM
-
ARB TV-nin keçmiş aparıcısı ad günü mərasimindən az sonra qəzada həyatını itirib - Açıqlama
Bugün, 09:20 PRESS
-
“Unibank”dan kredit götürmüş müştərilər dələduzluqla üzləşiblər
Bugün, 09:09 İQTİSADİYYAT
-
"Nazirə zəng edib dedim ki, söz verdin, mən də inanıb gözlədim, niyə belə etdin?" - Naxçıvanlı sahibkar Prezident və Vitse-prezidentə üz tutdu
Bugün, 09:00 CƏMİYYƏT
-
"Barselona" 2 dəqiqəyə 2-0 geriyə düşdü - Daha sonra isə 10 dəqiqəyə 3 qol atdı
Bugün, 00:33 İDMAN
-
İcra başçısının bazardakı şousu: danışıq tərzi tənqid edildi + VİDEO
Bugün, 00:22 CƏMİYYƏT
-
Yeni baş məşqçi də "Mançester Yunayted"in dərdinə əlac olmadı - "Liverpul" 4 qolla qalib gəldi
Bugün, 00:22 İDMAN
-
İran XİN: "Diplomatiya pəncərəsi hələ də açıqdır" - "Bununla belə hər ssenariyə, o cümlədən açıq müharibəyə hazırıq"
Bugün, 00:09 SİYASƏT
-
"Allah xatirinə, vəziyyətimiz heç də yaxşı deyil" - İRAN PREZİDENTİ "EVİMDƏ JAKETDƏ YATIRAM" DEDİ VƏ...
Bugün, 00:07 GÜNDƏM
-
Ginekomastiya əməliyyatı icbari tibbi sığorta ilə ÖDƏNİŞSİZ həyata keçirilir
Bugün, 00:04 CƏMİYYƏT
-
Rusiya Ukraynada beşmərtəbəli yaşayış binasına zərbə endirib: "14 nəfərin taleyindən hələ də xəbər yoxdur" raketləri tərəfindən vurulub
Bugün, 00:02 DÜNYA
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:00 CƏMİYYƏT
-
Prezident İlham Əliyev ABŞ-ın Daxili təhlükəsizlik nazirini qəbul edib - Müzakirə + FOTOLAR
22.11.2026, 20:22 GÜNDƏM
-
Robotlar müharibə aparacaq, insanlar isə iş axtaracaq...
22.11.2026, 15:50 İQTİSADİYYAT
-
Rusiya ordusu Ukraynaya ağır zərbələr endirib
22.11.2026, 14:53 GÜNDƏM
-
Prezident İlham Əliyev Jozef Aunuya məktub göndərib -MƏTN
22.11.2026, 13:05 GÜNDƏM
-
Sabah hava necə olacaq? - Proqnoz
22.11.2026, 12:53 GÜNDƏM
-
Xəzər TV-nin süjeti: "Nar ağaclarını kəsib, gecə ilə yerini asfaltlayıblar" - Xətaidə + VİDEO
22.11.2026, 11:59 CƏMİYYƏT
-
""AZƏRİQAZ, nə baş verir, sistem işləmir, ya qoyduğunuz sayğaclar?""
22.11.2026, 11:09 CƏMİYYƏT
-
COP31-də iqlim sazişinin yeni layihəsi təqdim olunub
22.11.2026, 10:27 DÜNYA
-
Dövlət Sosial Müdafiə Fondunun borcları kəskin artıb - Bu, pensiyaçılara nə vəd edir?
22.11.2026, 10:13 İQTİSADİYYAT
-
Naxçıvanda 3 bal zəlzələ olub
22.11.2026, 09:05 GÜNDƏM
-
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
21.11.2026, 18:01 GÜNDƏM