Energetika Nazirliyi iki şirkətlə əməkdaşlıq sənədləri imzalayıb - FOTOLAR

img

01-03-2024 [17:53]


Azərbaycanın Energetika Nazirliyi “Nobel Energy” və İspaniyanın “Elecnor” şirkətləri ilə külək və günəş enejisi layihələri üzrə əməkdaşlıq sənədləri imzalayıb.

Nazirlikdən Mia.az-a bildirilib ki, sənədlər Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 2-ci iclası çərçivəsində imzalanıb.

Energetika Nazirliyi ilə “Nobel Energy” şirkəti arasında imzalanmış Anlaşma Memorandumu Cəbrayıl rayonunda 100 MVt gücündə günəş elektrik stansiyasının tikintisi və elektrik enerjisi istehsalı, satışı və istehlakı üzrə əməkdaşlığı nəzərdə tutur. Sənədə əsasən, 50 MVt-ı ilkin mərhələdə, 50 MVt-ı isə növbəti mərhələdə olmaqla, ümumilikdə 100 MVt həcmində günəş elektrik stansiyasının tikintisi planlaşdırılır.

Energetika Nazirliyi və İspaniyanın “Elecnor” şirkəti arasında imzalanmış Anlaşma Memorandumu Qaradağ rayonunda 70 MVt gücündə külək elektrik stansiyası layihəsinin həyata keçirilməsi sahəsində əməkdaşlığı əhatə edir. Bu çərçivədə külək ölçmə məlumatlarının toplanması və təhlili, həmçinin enerji saxlanc sistemi də daxil olmaqla, külək və günəş enerjisi layihələrinin inkişafı üzrə də əməkdaşlıq ediləcək.

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR