Naxçıvanda Mədəniyyət şöbələrinin müdirləri niyə kütləvi vəzifədən azad olunur? - Daha iki vəzifəli şəxs haqda əmr verildi (Yenilənib)

img

01-03-2024 [17:59]


Şahbuz Rayon Mədəniyyət Şöbəsinin müdiri Mübariz Əliyev vəzifəsindən azad olunub.

Mia.az xəbər verir ki, digər əmrlə o,  Şahbuz Rayon Uşaq Musiqi Məktəbinin direktoru təyin edilib.

Şahbuz Rayon Mədəniyyət Şöbəsinin müdiri vəzifəsinin icrası isə şöbənin məsləhətçisi Elvin Səfərova tapşırılıb.

***

Naxçıvanda Rayon Mədəniyyət Şöbələrinin müdirləri kütləvi şəkildə vəzifədən azad olunur.

Mia.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri vəzifəsini müvəqqəti icra edən nazir müavini Həsən Seyidovun əmri ilə Culfa Rayon Mədəniyyət Şöbəsinin müdiri Pərvin Həsənov da vəzifədən çıxarılıb.

Onun yerinə isə Culfa Şəhər Uşaq Musiqi Məktəbinin müəllimi Füzuli Hüseynli gətirilib.

Xatırladaq ki, dünən Babək və Sədərək mədəniyyət şöbələrinin rəhbərləri də vəzifədən azad edilib.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR