BMT Baş katibi yardım gözləyən insanların öldürülməsini qınadı: "Təcili atəşkəs olmalı və..."

img

01-03-2024 [09:23]


BMT Baş katibi Antonio Quterreş Qəzzada 100-dən çox mülki şəxsin yardım gözləyərkən İsrail tərəfindən öldürüldüyü hücumu qətiyətlə pisləyib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə BMT-nin sözçüsü Stefan Dujarrik Baş katib Quterreş adından yazılı açıqlama yayıb.

Açıqlamada Qəzzada ölənlərin sayının 30 mini, yaralıların sayının 70 mini keçməsinin dəhşət doğiurduğu qeyd edilib: "Bu, dəhşətdir. Hələ də naməlum sayda insanın dağıntılar altında qalması fəlakətin miqayasını göz önünə gətirir. bütün bunların kontekstində ötən gün Qəzzanın şimalında yardım gözləyən 100-dən çox insanın öldüyü və ya yaralandığı hücum var. Biz bunu qətiyyətlə pisləyir və atəşkəsə təkrar çağırış edirik. Qəzzada çarəsiz qalan mülki əhalinin təcili yardıma ehtiyacı var, onlara təcili kömək edilməli və bütün əsirlər şərtsiz buraxılmalıdırdir...".

Xatırladaq ki, Fələstinin Qəzza Səhiyyə Nazirliyi İsrailin Qəzza şəhərinin Nablusi qovşağında humanitar yardım gözləyənləri boombalayıb. Nəticədə 104 nəfər həlak olub, 760 nəfər isə yaralanıb.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq