Sergey Lavrov Moskvada Fələstin rəsmiləri ilə bir araya gəldi: "Axan qan dayandırılmalıdır" - "Siz də aranızdakı fikir ayrılıqlarını kənara qoyun"

img

01-03-2024 [00:21]


Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada Fələstin nümayəndələri ilə görüşüb.

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, görüşdə Qəzza zolağındakı vəziyyət əsas müzakirə mövzusu olub.

Rusiya mətbuatı yazır k, Lavrov Qəzzada 30 min adamın ölməsini humanitar fəlakətin əhatə dairəsi genişlənməsindən xəbər verdiyini deyib: "Qəzza zolağı görünməmiş bir zorakılıq dalğası ilə sarsılıb. Bu, ABŞ-ın təkbaşına vasitəçi rolunu öz üzərinə götürmək cəhdindən qaynaqlanır. ABŞ Yaxın Şərq probleminin həlli prosesindəki region ölkələrinin maraqlarını nəzəər almadan öz yanlış düşüncəsi ilə hərkət edir. Təbii ki, indilikdə əsas məsələ Qəzzada axan qanların dayandırılması bizim üçün başlıca amildir".

ABŞ-ın BMT-də keçirilən iclaslarda dəfələrlə atəşkəs qərarına veto qoymasını xatırladan Lavrov bildirib ki, Rusiya Fələstin və İsrail arasında birbaşa dialoqun tərəfdarıdır: "Bölgədə artıq Fələstin dövləti qurulmalıdır. Fələstinlilərə 1967-ci il sərhədləri daxilində paytaxtı Şərqi Qüds olan dövlət qurmaq hüququna imkan verilməldir. Rəsmi Moskva əmindir ki, beynəlxalq hüquqa əsaslanan ədalətli yanaşma bölgədə davamlı sülhü təmin edə bilər".

Rusiya XİN başçısı fələstinlilər arasında birliyi də vacib sayıb: "Siz də aranızdakı fikir ayrılıqlarını kənara qoymalı və birgə hərəkət etməlisiniz".

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR