Almaniyada oynayan türk oyunçu seçim etdi

img

28-02-2024 [16:16]


AVRO 2024 öncəsi əsəntürk oyunçu Can Uzun milli komanda seçimi ilə bağlı qərar verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Almaniyanın "Nürnberq" komandasında çıxış edən 18 yaşlı Can Uzun Türkiyə millisinin formasını geyinəcəyini bəyan edib.

Qeyd edək ki, ona həm həm Almaniya, həm də Türkiyə milli komanda üçün təklif gəlmişdi.

"Habertürk" müsahibəsində o, deyib: "Arzum Türkiyə Milli Komandasında oynamaqdır. Bu formanı geyinəcəyim üçün çox qürur duyuram".

Xəbərdə o da deyilir ki, millinin baş məşqçisi Vinçenzo Montella Uzunu martın 22-də Macarıstan, 26-da isə Avstriya ilə keçiriləcək yoldaşılıq oyunlarında sınayacaq.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq