"Bu, Rusiya-Azərbaycan strateji tərəfdaşlığı və müttəfiqliyinin mühüm tərkib hissəsidir" - Putin

img

28-02-2024 [15:53]


"Regionlar arasında əməkdaşlıq Rusiya-Azərbaycan strateji tərəfdaşlığı və müttəfiqliyinin mühüm tərkib hissəsidir".

Mia.az Report-a istinadla xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin fevralın 28-də Rusiya Federasiyasının Stavropol diyarında açılmış XII Rusiya-Azərbaycan regionlararası forumunun iştirakçılarına ünvanladığı məktubda qeyd edilib.

Rusiya Prezidenti qeyd edib ki, regional əməkdaşlıq xalqlar arasında etimadın və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə böyük töhfə verir, qarşılıqlı faydalı ticarət, investisiya və humanitar əlaqələrin təşviqi imkanlarını genişləndirir, hər iki ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılmasına şərait yaradır:

"Artıq yaxşı ənənəyə çevrilmiş müntəzəm görüşləriniz regionlararası əməkdaşlığın aktual məsələlərinə dair dövlət orqanlarının, ictimaiyyətin, elmi və işgüzar dairələrin nümayəndələri arasında birbaşa, maraqlı dialoqu təmin edir. Forumun gündəliyi həmişə olduğu kimi bu il də genişdir. Sənaye və kənd təsərrüfatı sahələrində əməkdaşlığın inkişafının müxtəlif aspektləri, kiçik və orta biznesin dəstəklənməsi, ətraf mühitin mühafizəsi üzrə birgə layihələrin həyata keçirilməsi diqqət mərkəzindədir".


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq