Seçicilər Akşeneri çətin sualla qəzəbləndirdi: "Hadı bə..." - VİDEO

img

28-02-2024 [10:30]


İYİ Partiyasının sədri Meral Akşener Ankarada seçki kapmpaniyası çərçivəsində vətəndaşlarla mübahisə edib. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ankaranın Mamak bölgəsində bir vətəndaş "Niyə Mənsur Yavaş və Əkrəm İmamoğlunu dəstəkləmirsiniz?" deyə ona sual ünvanlayıb.

Partiya sədri suala belə cavab verib: "Seçkiyə ayrıca giririk, qardaş. Sən də bizə səs vermə. Biz Mənsur bəyi seçmişik. O zaman bunu niyə düzəltmədi? Niyə Prezidentini seçmədin? Bitdi".

Bu cavabdan sonra başqa bir vətəndaş Akşeneri mövqesizlkdə ittiham edib: "Niyə mövqeyini dəyişdin? Niyə döndün? Ayıb, günah deyilmi?".

Pariya lideri bu sözlərə qəzəbini cilovlaya bilməyib: "Sizin üçünmü partiya yaratdıq? Niyə ayıb olsun? DEM-ə (kürdləırin partiyası - Mia.az) təşəkkür edirsən, bizi söyürsən, hadi bə!".

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq