Ac fələstinlilər dənizə belə axın elədi - İordaniyanın havadan atdığı yardımları götürmək üçün (VİDEO, FOTOLAR)

img

27-02-2024 [14:16]


Ötən ilin okrtyabrın 7-dən Qəzzada yaşanan savaş milyonlarla insanın ac qalmasına səbəb olub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İsrail tərəfindən ac-susuz qalan Qəzza zolağındakı insanlar ötən gün İordaniyanın 4 təyyarə ilə havadan atdığı yardımın dənizə düşməsinə baxmayaraq, sahilə axın edib.

Məlumata görə, təhlükəli olmasına rəğmən, minlərlə insan kişik qayıqlarla və ya üzərək yardımlara çatmağa, ondan bir pay götürməyə can atıblar.

Bu fəlakətli vəziyyəti əks etdirən görünütlər Qəzzadakı vəziyyətin artıq dözülməz həddə olduğunu təsdiqləyir...

Xatırladaq ki, müharibə səbəbindən Qəzzada həyat donub, kənar yardımlara isə İsrail tərəfindən icazə verilmir.

Firudin Səfərli

MİA.AZ

img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq