Baydendən Qəzzada atəşkəslə bağlı anons: "Birinci günə qədər olacaq"

img

27-02-2024 [10:02]


ABŞ prezidenti Co Bayden Qəzzada atəşkəslə bağlı mesaj verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə o, Nyu Yorka səfəri zamanı jurnalistlərə müsahibəsində deyib.

Qəzzada atəşkəsin nə vaxt əldə olunma ehtimalı barədə suala cavab verən Bayden deyib: "Ümid edirəm ki, bu həftənin sonuna qədər, ən uzağı, birinci günə qədər atəşkəs olacaq. Bu barədə Milli təhlükəsizlik müşavirim mənə dedi ki, biz artıq atəşkəsə çox yaxınıq, qeyd etdiyim vaxtadək danışıqlar müsbət sonluqla tamamlanacaq. İsrail Ramazan ayı boyunca hücumları dayandıracaq...".

Lamiyə  Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR