"Beşiktaş"ın gənc qolçusu: ""Qalatasaray"ı məğlub edəcəyik"

img

26-02-2024 [09:57]


"Beşiktaş"ın gənc qolçusu Semih Kılıçsoy ötən axşam səfərdə 2:0 hesabı ilə qalib gəldikləri "İstanbulspor" matçından sonra açıqlama verib.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, o, uğurlu çıxışı barədə suala belə cavab verib: "Çox çalışıram, mükafat alıram, qol vururam. Çox xoşbəxtəm".

Gələn həftə keçiriləcək "Qalatasaray" derbisi ilə bağlı danışan qolçu deyib ki, rəqibi yenəcəklərinə inanır: "Bu matç mənim ilk derbim olacaq. Bir az həyəcanlıyam. İnşallah qalib gələcəyik. Azarkeşlərimizdən dəstək gözləyirik".

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR