Odessada Xocalı faciəsinin ildönümü qeyd olunub - "Birlik" diaspor təşkilatının təşəbbüsü ilə (VİDEO, FOTOLAR)

img

25-02-2024 [11:52]


Odessada yerləşən "Azərbaycan evi"ndə "Birlik" diaspor təşkilatı fəallarının təşəbbüsü ilə Xocalı faciəsinin ildönümü qeyd olunub.

Bu barədə Mia.az-a "Birlik" Odessa Azərbaycanlıları Diaspor Təşkilatının sədr müavini, jurnalist Anar Natiqoğlu məlumat veirb.

Onun sözlərinə görə, tədbiri açıq edən təşkilat fəalı Əbülfət Əliyev yüz illər keçsə də, bu və digər faciələri xalqımızın unutmayacağını vurğulayıb.

Milli himnin səslənməsi və şəhidlərin ruhuna bir dəqiqəlik sükutdan sonra bir vaxtlar "Şuşa həbsxanası"nda saxlanan azərbaycanlı hərbi və mülki əsirlər haqqında hazırlanan "İşgəncə məbədi" sənədli filminə baxış keçirilib.

Ağsaqqallar şurasının üzvü və din xadimi Hacı Namiq şəhidlərin ruhuna Yasin və Fatihə surələrini oxuyub.

Səhhəti ilə əlaqədar qatıla bilməyən təşkilat sədri Rövşən Quliyev tədbirdə videogörüntü ilə iştirak edib.

Tədbir iştirakçıları olan diaspor fəalları Nəzər Hacıyev, Asif Çobanoğlu, Cəlil Astanov, Fazil Əsgərov, Elxan Əbilov, Aydın Əliyev, Qalib Əsədov da həm xalqımızın başına gətirilən müsibətlər barədə danışıblar, həm də diasporun gələcək fəaliyyət perspektivlərini müzakirə ediblər.

Tahir

MİA.AZ

img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq