AKP Ankarada sorğu keçirdi, məyusedici nəticə aldı - Mansur Yavaşa güvən niyə çoxdur?

img

23-02-2024 [23:57]


Türkiyədə 31 mart bələdiyyə seçkiləri ilə bağlı Prezident Ərdoğanın lideri olduğu AKP-nin CHP-li Mansur Yavaşın sədrlik elədiyi Ankara şəhər bələdiyyə sədrliyini ələı keçirmək planı reak görünmür.

Mia.az Türkiyə mətbuata istinadla xəbər verir ki, bu barədə AKP-nin paytaxtda ard-arda keçirdiyi sorğuların heç biri Mansur Yavaşın əleyhinə olmayıb.

Əksinə, Manur Yavaş ən pis göstəricidə belə, AKP-nin namizədi Turqut Altınok azı 15 faiz qabaqlayır.

Məlumata görə, sorğuda iştirak edənlər niyə Mansur Yavaşa səs verəcəklərini belə izah ediblər: "O, reklamsız həddən artıq sosial yardımlar göstərir, dürüst, etibarlı və korrupsiyadan uzaqdır..."

Firudin Səfərli

MİA.AZ 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA