İsrail İordan çayının qərb sahilinə zərbə endirib - 2 nəfər ölüb, 15 yaralı var

İsrail İordan çayının qərb sahilinə zərbə endirib - 2 nəfər ölüb, 15 yaralı var

DÜNYA

23.02.2024, 12:01

İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində yerləşən Cenin şəhərində hərəkətdə olan bir avtomobili PUA ilə vurub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, zərbə nəticəsində 2 fələstinli həlak olub, 15-i yaralanıb.

Cenin İbni Sina Xəstəxanasından verilən açıqlamaya görə, yaralılardan çoxunun vəziyyəti ağırdır.

Məlumatda deyilir ki, bununla da 7 oktyabr 2023-cü ildən bəri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə İsrail qüvvələrinin və qanunsuz məskunlaşan sivil yəhudiləriin hücumları nəticəsində 404 fələstinli həyatını itirib.

Lamiyə Əhmədli

MİA.AZ 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR