İcra başçısının sabiq müavini Ali Məhkəməyə üz tutub - Bəraət üçün

img

23-02-2024 [10:34]


Ağstafanın sabiq icra başçısının müavini bəraət almaq üçün Ali Məhkəməyə kassasiya şikayəti verib.

Mia.az “Unikal”a istinadla xəbər verir ki, Ramiz Tatarovun məhkəmə prosesi fevral ayının 29-da hakim İlkin Rəcəbovun sədrliyi ilə keçiriləcək.

Qeyd edək ki, Ramiz Tatarovun cəzası 2022-ci ilin oktyabr ayında Ali Məhkəmənin hakimi Tahir Kazımovun sədrliyi ilə keçirilən məhkəmə prosesində 6 ilə endirilib. Ancaq bundan narazı qalan Ramiz Tatarov cəza çəkdiyi müəssisədən yeni açılmış hallarla əlaqədar bəraət almaq üçün məhkəməyə müraciət edib.

Xatırladaq ki, mərhum sabiq icra başçısı Nizaməddin Quliyev və müavini Ramiz Tatarov vəzifə cinayətləri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunublar. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nizaməddin Quliyev 9 il, Ramiz Tatarov isə 8 il 6 ay müddətində azadlıqdan məhrum ediliblər.

Sonradan Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə Nizaməddin Quliyev vəfat etdiyi üçün cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib və onun 600 min manatlıq əmlakı üzərindən həbs götürülüb. Ramiz Tatarovun cəzası isə 8 il 3 aya endirilib. Ali Məhkəmənin qərarına əsasən isə, Ramiz Tatarovun cəzası azaldılaraq 6 ilə endirilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR