Tansu Çillər İmamoğluna deyil, ona dəstək verdi: "İstanbullular yeni həyəcanı axtarırdı, tapdı..."

img

23-02-2024 [10:05]


Türkiyənin qalmaqallı keçmiş baş naziri Tansu Çillər 31 martda keçiriləcək bələdiyyə seçkiilərində İstanbulda kimə dəstək verəcəyini müəyyənləşdirib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, keçmiş baş nazir Tansu Çillər AK Partiyanın İstanbul bələdiyyəsinə namizədi Murat Kurumun "İstanbulda Böyüyən Qadınlar Proqramı" adlı tədbirinə qatılıb.

O, tədbirdən sonra jurnalistlərə açıqlama veirb.

Tansu Çillər AKP namizədinin dəstəklədiyini deyərək, bildirib ki, Murat Kurumu dinlədikdən sonra qərarınnı daha da qətiləşdirib: "İstanbuldakı seçkidə ona uğurlar arzulayıram. Murat Kurum İstanbula böyük həyəcanla gəlir. İstanbullular bu həyəcanı axtarırdılar, tapdı. Bu gün o, çox vacib məqamlara toxundu. Məncə, ən önəmlisi zəlzələ idi. İstanbula zəlzələ gəlir. Üstəlik, İstanbulda nəqliyyat problemi var. O, həmdə məşğulluq məsələsinə toxunub. Bu, məni çox həyəcanlandırdı. Çünki gənclərimizin, qadınlarımızın buna çox ehtiyacı olduğunu düşünürəm. Qadınlarımız uşaqları, ərləri üçün işlə təmin olunmaq istəyirlər, həm də özləri üçün istəyirlər. İlk qadın kreditlərini burada verən biri kimi bu məni həyəcanlandırdı. Ümid edirəm ki, bu sahədə bələdiyyəçiliklə birgə çox işlər görülə bilər. Bizim banklar mütləq bu işdə iştirak edəcəklər. Əgər bu cür davam eləsə, İstanbul üçün çox iş görüləcək. Mən buna inanıram. İstanbul üçün xeyirli olsun”.

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq