“Xitam” və “imtina” anlayışlarının müqavilə müstəvisində hüquqi təhlili - Aysu Nəbizadə yazır
22-02-2024 [23:03]
Mülki hüquqda istər qanunvericiliyə, istərsə də mülki münasibətin subyektləri arasında müqavilələrə nəzər yetirsək, “müqavilənin xitamı”, “müqavilədən imtina”, “müqavilənin ləğvi” anlayışlarına rast gəlmək mümkündür.
Qanunvericilikdə qeyd edilən hərəkətlərə dair hüquqi anlayış, yaxud fərqləndirilmə mövcud deyildir. Bu baxımdan həm müqavilələrin tərtibi zamanı, həm də nəzəriyyədə bu anlayışlar arasında fərqin dəqiq müəyyən edilməməsi qeyri-müəyyənliklərə səbəb olmaqdadır. Bu səbəbdən həmin anlayışlar arasında olan fərqlər, işlənilməli olduğu məqamların məüyyənləşdirilməsinə zərurət vardır.
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenum Qərarında qeyd edilir ki, nəzəriyyədə “xitam” həm əqdlərin hüquqi nəticələrinin, həm də əqdlərlə bağlı olmayan istənilən hüquqi faktın aradan qalxması hallarını əhatə edən ümumi anlayış kimi qeyd edilir. “Ləğvetmə” isə xitam anlayışının tərkibinə daxil olan xüsusi bir hal olmaqla, əqddən irəli gələn hüquqi münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, məhz birtərəfli qaydada aradan qaldırılması, yəni xitam verilməsi hallarını ehtiva edir. Göründüyü kimi, müqavilənin ləğv edilməsi xitam anlayışı ilə əhatə olduğu halda, müqavilənin xitam edilməsi heç də hər zaman onun ləğv edilməsi anlamına gəlmir.
Konstitusiya Məhkəməsinin bu mövqeyini Əmək Məcəlləsində əmək müqaviləsinin xitam verilməsi əsaslarına nəzər saldıqda da görmək mümkündür. Belə ki, ƏM-in 68-ci maddəsi “əmək müqaviləsinin xitam verilməsi əsasları”, 69-cu maddəsi isə “əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası” olaraq adlandırılmışdır. Yəni xitam ümumi anlayış olaraq ləğv etməni də özünə daxil etdiyi halda, ləğv tərəfin birtərəfli iradə ifadəsinə tabe tutulmuşdur.
Qeyd edilən anlayışlara aydınlıq gətirmək üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM) 421.1 və 421.2-ci maddələrinə də nəzər salaq:
Maddə 421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları:
421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
1. İlk olaraq MM-in 421.1-ci maddəsində “ləğv edilmə” ifadəsi işlənsə də, bu hərəkət tərəflərin razılaşması ilə mümkün olduğu bildirilmişdir. Lakin sözügedən Qərara uyğun olaraq normada qeyd edilən “ləğv edilmə” ifadəsi, məhz “xitam” sözü ilə əvəz edilməsi məqsəduyğun olardı. Çünki burada müqavilənin dəyişdirilməsi və xitamı ilk növbədə tərəflər arasında mövcud olan razılaşmaya bağlıdır.(Əgər Məcəllədə yaxud müqavilədə bunların ayrı qaydası müəyyənləşdirilməyibsə)
2. Daha sonra tərəf öz öhdəliyini əhəmiyyətli dərəcədə pozarsa, digər tərəf birtərəfli qaydada müqaviləni ləğv edə bilər.
Qeyd edilənlərə əsasən ləğv anlayışı özlüyündə tərəfə müqavilədə imkan verildiyi zaman birtərəfli qaydada münasibətləri dayandırması (sona) çatdırmasını nəzərdə tutur. Mövcud praktikada isə müqavilənin xitamı dedikdə bu ya tərəflərin qarşılıqlı razılığına əsaslanır, ya müddətin bitməsi ilə həyata keçirilir, ya da tərəfə müqavilədə birtərəfli qaydada ləğv etmə hüququ verilir.
Müqavilə münasibətlərində ləğvetmə özündən əvvəl baş verən icralara təsiri yoxdur. Yəni etibarsızlıq halında necə münasibət heç yaranmamış kimi verilənlər qaytarılır, ləğvetmə hallarında keçmişə doğru şəkildə münasibət əvvələ qayıtmır. Ləğvetmə özündən əvvələ yox, özündən sonraya təsir edir. Burada hüquq münasibəti sonlandırılaraq xitam baş tutur. Beləliklə, ləğvetmə daha öncə icra olunmüş müqavilə öhdəliklərinə təsir etmir.
Ləğvetmə zamanı öhdəlik pozula və ya pozulmaya bilər. Məsələn, müqavilədə nəzərdə tutula bilər ki, tərəf 15 gün əvvəlcədən yazılı xəbərdarlıq etməklə, müqaviləni birtərəfli qaydada ləğv edə bilər. Burada ləğvetmə üçün hər hansı mütləq müqaviləni icra etməmə şərti imperativ deyildir. Yaxud müqavilədə qeyd oluna bilər ki, “tərəf öz öhdəliyini lazımınca yerinə yetirmədikdə, digər tərəf 15 gün əvvəlcədən yazılı xəbərdarlıq etməklə müqaviləni birtərəfli qaydada ləğv edə bilər”. Hər bir halda ləğvetmə xitamın növü kimi nəzərdən keçirilməklə daha məhdud anlayış hesab olunur.
Müqavilələrin xitamı kimi “müqavilədən imtina” anlayışına da rast gəlirik. Türkiyə Respublikasının qanunvericiliyində bu “müqavilədən dönmə” kimi nəzərdə tutulur.
Müqavilədən imtina etibarsızlığa bənzəsə də, ondan fərqlənir. İlk olaraq, etibarsızlıq müqavilənin hüquqauyğun olmamasından irəli gələrək, hər hansı bir hüquqi nəticə yaratmamasına əsaslanır. Lakin xitam, ləğv, imtinadan bəhs edərkən etibarlı bir müqavilədən və etibarlı bir müqavilənin başa çatdırılmamasından bəhs edirik.
Müqavilədən imtina anlayışına MM-in 447-ci maddəsində rast gəlirik. Burada imtinadan ikitərəfli müqavilələrdə öhdəliklərinin icra edilməməsi zamanı verilmiş bir hüquq kimi bəhs edilir. Mahiyyət etibarı ilə imtinanın əsasını geriyə doğru münasibətin başa çatması təşkil edir. Xitam terminin, yaxud ləğvetmə terminin gələcək zamana doğru təsiri olduğu halda, imtina keçmişə təsirli nəticə yaratdığı ədəbiyyatlarda ifadə olunmaqdadır.
Aydın bir haldır ki, biz müqavilədə xitam və ləğv termini hər zaman müəyyənləşdirə bilərik. Çünki bu hallar qeyd edildiyi kimi tərəflərin razılaşması ilə müəyyənləşdirilə bilir və gələcəyə təsirli bir nəticə doğurmaqdadır, o cümlədən heç də bu halların tədbiqi üçün öhdəliyin pozulması şərt deyildir. Amma müqavilədən imtina üçün bu halları qeyd edə bilmərik. İmtina üçün pozulmalı olan bir öhdəlik mövcud olmalı və keçmişə təsirli nəticəsində müqavilə münasibətləri ortadan qalxaraq, müqavilə üzrə verilənlər geri qaytarılır. Bu zaman imtinanı hər zaman hər müqaviləyə tədbiq edilməsi mümkün olmadığı qənaətinə əsas gələ bilərik.
MM-in 624.4-cü maddəsində göstərilmişdir ki, Məcəllənin 624.1 və 624.3-cü maddələrində göstərilmiş tələbləri irəli sürmək əvəzinə alıcı pərakəndə alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər və mal üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Yəni qüsurlu malın, lazımi keyfiyyətdə olmayan malın verilməsi zamanı alıcının hüquqlarından biri də müqavilədən imtinadır. Göründüyü kimi burada öhdəliyin pozulması nəticəsində alıcının imtina edərək pulun geri qaytarılmasından və verilənlərin geri qaytarılmasından bəhs edilir.
Qeyd edilənlər göstərir ki, hər müqavilədə öhdəlik pozulan kimi müqavilədən imtina edilməsi, yəni bütün verilənlərin qaytarılması və müqavilənin ən başa geriyə təsirli xitam mümkün deyildir. Məsələn, münasibətlərin davam etdiyi kirayə yaxud xidmət müqavilələrində hər hansı dövründə geriyə şamil olunan (ən başa) imtinanın həyata keçirilməsi absurd olardı. Təbii ki, bu müqavilələrin icrasına başlanmazdan əvvəl imtina mümkün ola bilərdi.
Birdəfəlik borc münasibəti yaradan və tərəflərin öhdəliyi icra etməsi ilə başa çatan ikitərəfli müqavilələr üçün isə öhdəliyi hər hansı lazımi şəkildə icra etməmə (məsələn, alqı-satqı zamanı lazımı keyfiyyətli malın verilməməsi), öhdəliyin icrasının gecikdirilməsi zamanı müqavilədən imtina əlverişli şəkildə mümkün edilir. Beləliklə, imtina ikitərəfli müqavilələrdə ya tərəflərdən biri öz öhdəliyini tam icra etmiş, digər tərəf heç icra etməmişdirsə (məs, ödəniş verilməmişdirsə), ya iki tərəfdən biri tam icra etmiş, digəri lazımi şəkildə icra etmişdirsə (məs, üçüncü şəxsin hüquqlarından azad əşya verilməmişdirsə) həyata keçirilə bilir.
Bununla bağlı türk qanunvericiliyinin mövqeyi ondan ibarətdir ki, müqavilənin xitamı yalnız davamlı borc/öhdəlik yaradan müqavilələr (xidmət müqaviləsi, icarə müqaviləsi, etibarnamə müqaviləsi, saxlama müqaviləsi və s.) ilə həyata keçirilə bilər. Müqavilədən imtina isə öhdəliyin birdəfəyə, tək bir davranışla yerinə yetirilməsinin mümkün olduğu birdəfəlik müqavilələr və ya hələ icrasına başlanılmamış davamlı borc(öhdəlik) yaradan müqavilələrdə tədbiq edilə bilər.
Aysu Nəbizadə,
Hüquqşünas
Braziliyada güclü sel: 8 nəfər ölüb, 21 nəfər itkin düşüb
Çempionlar Liqası: alman komandası PSJ-ni devirdi
AVRO-2024: məşhur qapıçı "ofsayd"da saxlanıldı
Blinken Qəzza ilə İsrail arasındakı sərhəd qapısı ilə yəhudi qəsəbəsini ziyarət edib - FOTO
Paşinyan: "Delimitasiya prosesi mümkün qədər tez aparılmalıdır" - "Sərhəddə Müdafiə Nazirliyinin postları olmayacaq"
TFF-dən seçki açıqlaması: "İstəsələr belə, xeyri yoxdur" - "60 gündən tez seçki ola bilməz"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
FED yeni qərarını açıqladı
İsrail ordusu Nusayrat düşərgəsinə hücum edib - 1 ölü, 5 yaralı var
Lənkəran Regional Elmi Mərkəzində “Şəkinin ədəbi-mədəni mühiti və folklor” mövzusunda tədbir keçirilib - FOTOLAR
İşə düzəltmə və... - İcra başçısının adı sensasion məhkəmə işində hallandı: "134 mini və 20 min manatı ona verdim..."
Qazaxıstanda Azərbaycan və Ermənistan arasında danışıqları keçiriləcək - Tokayev anons verdi
Məhkəmə Qubad İbadoğlu haqqında daha bir qərar verdi
Prezident İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul edib
Yeni nazirdən növbəti dəyişiklik - İdarə rəisi vəzifədən azad edildi, "İstintaq"ın rəis müavininə yüksək vəzifə verildi
Netanyahu yenə meydan oxudu: "Ora girəcəyik, başqa yolumuz yoxdur" - "Məhkəmənin qərarı bizim üçün yox hökmündədir"
Silahlı şəxs saxlanılıb - Hədə-qorxu gəldiyi üçün
Xankəndidə silah-sursat aşkarlanıb
Könül Mehtiyeva Avropa çempionatının finalına təyinat alıb
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu: İlham Əliyev çıxış edib (TAM MƏTN, FOTOLAR)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Baş direktor, müavini və şöbə müdiri... - Səhiyyə sahəsində yeni əməliyyat olub, saxlanılanlar var (ADLAR, Yenilənib
Bakının Nizami rayonunda dərəbəylikdir - İcra Hakimiyyətindən xəbərə reaksiya (FOTOLAR, YENİLƏNİB)
Prezident İlham Əliyev Zuhair Əlhartini ilə görüşüb (Yenilənib)
Türkiyədə 1 Mayla bağlı gərginlik: aksiyaçılarla polis toqquşdu, yaralılar var - FOTOLAR
İYİ Partiyada təhvil-təslim oldu - Akşener siyasətlə vidalaşıb
Türkiyə ordusu İraqda daha iki terrorçunu zərərsizləşdirib
İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul edib -FOTO
İlham Əliyev TDT-yə üzv və müşahidəçi dövlətlərin dini rəhbərlərindən ibarət nümayəndə heyətini qəbul edib (Yenilənib)
Kəlbəcərdə qəza: Türkiyə vətəndaşı ölüb
Ceyhun Bayramov UNESCO rəsmisi ilə müzakirə aparıb
İsrail prezidenti Blinkendən məhkəmə işinə görə kömək istədi - Dövlət katibi isə HƏMAS-ı günahlandırdı
İordan çayının qərb sahilində daha 20 fələstinli həbs olunub
"Fənərbağça"nın bosniyalı ulduzu: "Çempionluqla bağlı basqılara tab gətirə bilmirəm"
Mərkəzi Bank uçot dərəcəsini azaltdı: kredit faizləri necə olacaq?
Nigar Rüstəmli yeni vəzifəyə təyin olunub
Milli Məclsin daha bir deputatının mandatına xitam verilir
Dövlət Komitəsinin məsul şəxsinin oğlu qandallandı - Sensasion əməlinə görə (Yenilənib)
Sabah hava necə olacaq? - Proqnoz
İstanbul su problemi təhlükəsindən xilas olub