Azərbaycan millisi Özbəkistana uduzub

img

22-02-2024 [15:57]


Belarusun paytaxtı Minskdə təşkil olunan beynəlxalq turnirdə iştrak edən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.

Mia.az xəbər verir ki, Özbəkistanın 18 yaşadək futbolçulardan ibarət kollektivi ilə qarşılaşan U-17 yığmamız 0:2 hesabı ilə məğlub olub.

Qeyd edək ki, turnirdə 7 və 8-ci yerlər uğrunda oyunlar fevralın 24-də keçiriləcək. Millimiz daha əvvəl Rusiyanın U-17 (0:1) və Belarusun (0:2) U-18 komandasına uduzub.

Yığmamız digər qrupda 4-cü yeri tutan komanda ilə qarşılaşacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR