Azercell-in dəstəklədiyi məktəblilər ölkəmizə medal qazandırdılar

img

22-02-2024 [13:19]


Şagirdlərimiz “InfO(1)Cup” proqramlaşdırma müsabiqəsində uğurla çıxış edərək 1 qızıl və 1 bürünc medal əldə ediblər

9-18 fevral 2024-cü il tarixində Rumıniya Respublikasında məktəblilərin VIII InfO(1)Cup proqramlaşdırma müsabiqəsi baş tutub. Yarış onlayn formatda keçirilib.

Mia.az xəbər verir ki, 13 ölkədən 135 şagirdin proqramlaşdırma üzrə biliklərini sınadığı olimpiadada Azercell-in dəstəklədiyi gənclər uğurla çıxış edərək 1 qızıl və 1 bürünc medal qazanıblar. 

Akademik Z.Əliyeva adına liseyin 10-cu sinif şagirdi Ayxan Dəmirli qızıl medala, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi Raul Cəfərli bürünc medala layiq görülüblər. Qeyd edək ki, bu, sözügedən yarışda məktəblilərimizin qazandığı ilk qızıl medaldır. Bu günə kimi məktəblilərimiz həmin müsabiqədən 3 gümüş, 3 bürünc medal qazanıblar.

İnformatika fənni üzrə beynəlxalq olimpiadalara milli komandaların hazırlıq prosesi 2017-ci ildən etibarən “Azercell Telekom” MMC-nin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu ilə əməkdaşlığı çərçivəsində həyata keçirilir. Bu müddət ərzində məktəblilərimiz müxtəlif beynəlxalq olimpiada və müsabiqələrdə uğurla çıxış edərək 4 qızıl, 16 gümüş və 40 bürünc olmaqla ümumilikdə 60 medal əldə ediblər.
 


Digər xəbərlər
SON XƏBƏRLƏR