"Sparta Praqa"nın Baş məşqçisi: "Cavab matçını səbirsizliklə gözləyirik"

img

21-02-2024 [19:49]


Sabah UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda "Qalatasaray"ı qəbul edəcək Çexiyanın "Sparta Praqa" komandasının məşqçisi Brayan Priske mətbuat konfransı keçirib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Brayan Priske matçı səbirsizliklə gözlədiklərini deyib.

Məşqçi "Qalatasaray"ın güclü rəqib olduğunu xüsusi vurğulayıb: ""Qalatasaray" istedadlı futbolçuları olan şox yaxşı komandadır. Bunu keçən həftə oyunda gördük.  Qarşılaşmanın kritik anlarında istedadlı futbolçuları bizi cəzalandırdılar.Revanşda evdə daha yaxşı oynadığımızı onlara göstərməliyik. Matçı azarkeşlərimizin qarşısında oynayacağıq. Bu üstünlükdən də yararlanmağa çalışacağıq. O səbəbdən azarkeşlərimizdən böyük gözləntilərimiz var. Onlara sabah çox ehtiyacımız var. Evdə uğurlu komandayıq. Cavab matçını səbirsizliklə gözləyirik".

Fərid

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR