"Qəzzada atəşkəs olsa belə, 5 aya daha 11.5 mindən çox insan xəstəlikdən öləcək" - ABŞ və Britaniyadan şok araşdırma

img

21-02-2024 [09:49]


İsrailin Qəzzada davam etdirdiyi müharibə bu gün dayansa belə, ölüm faktları azalmayacaq.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sensasiyalı məlumat İngiltərə və ABŞ universitetlərində aparılan birgə araşdırmada yer alıb.

Araşdırmaya əsasən, Qəzzada atəşkəs elan olunsa belə, bu ilin avqustuna qədər epidemiya, xəstəlik və yaralanmalar kimi səbəblərdən daha 11.580 adam həyatını itirəcək.

London Universitetinin Gigiyena və Tropik Təbabətlər Məktəbi və ABŞ-ın Cons Hopkins Universitetinin Humanitar Sağlamlıq Mərkəzinə bağlı Humanitar Böhranlarda Sağlamlıq Mərkəzi Qəzzada vəziyyətin 3 fərqli ssenaridə necə dəyişəcəyini açıqlayan araşdırma yayıb.

Araşdırmaa 3 hala əsasən aparılıb: "1.Atəşkəs elan edilir; 2. Hazırkı hücumların eyni şəkildə davam edir; 3. Hücum daha da şiddətlənir;

Beləliklə, bu üç hal üzrə 7 fevral - 6 avqust 2024-cü il tarixləri arasında Qəzzada əhalinin sağlamlığının hansı istiqamətdə necə dəyişəcəyi elmi əsaslarla proqnozlaşdırılıb. Araşdırmaya görə, Qəzzada atəşkəs olsa, müharibənin təsirləri ilə kəskin xarakter alan yoluxucu ya yoluxucu olmayan xəstəliklər əsasən ana və yeni doğulan körpələrin kıskin ölümünə səbəb verəcək. Gözlənilir ki, bu kateqoriyadan olan 6 min 500 nəfərədək insan öləcək. Və bu rəqəmə epidemiya, xəstəlik, yaralıların çox olmasın nəzərə alarsaq, avqustadək bu rəqəm 11 580-ə yüksələcək.

İkinci hal üzrə - yəni savaş beə davam edərsə, o zaman  ölənlərin sayı 58 min 260-a, hücumlar daha da şiddətlənərsə isə ölənlərin sayı 74 min 290 nəfəri aşacaq".

Hesabatda epidemiyalarda ən çox ölümün vəba, poliomielit, qızılca və meningokok meningitin olacağı iddia olunub: "Yaxın 6 ayda dünyasını dəyişənlərin 34 faizi 0-15 yaş arası uşaqlar, 57 faizi isə kişilər olacaq. Bundan əlavə, bütün ssenarilərdə anaların, yeni doğulanların və ölü doğumların sayında artım proqnozlaşdırılır".

Xatırladaq ki, son məlumata görə, Qəzzada 29 mindən çox insan həlak olub, 68 mindən çox yaralı var.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq