Toni Kroosdan Arda Gülərlə bağlı açıqlama: "Türk azarkeşlər ondan yana çox səbirsizdir"

img

20-02-2024 [00:30]


10 ilə yaxındır "Real Madrid"də çıxış edən məşhur futbolçu Toni Kroos türk komanda yoldaşı Arda Gülər ​​haqda danışıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki,Toni Kroos türk azarkeşlərin Arda Gülərlə bağlı səbirsiz olduqlarını deyib:

"Türk azarkeşlər Arda Gülərin "Real Madrid"də olması ilə çox fəxr edirlər. Bir az səbirsizdirlər və təbii ki, onun bir an əvvəl oynamasını istəyirlər. Böyük məşqçimiz var. Və o, bu vəziyyəti mütləq mükəmməl idarə edəcək”.

Xatırladaq ki, son turda "Rayo Valyekano" ilə matçda cəmi 3 dəqiqə meydanda olan Arda Gülər ​​bu mövsüm cəmi 92 dəqiqə meydanda qalıb.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR