Əminə Ərdoğanla Mehriban Əliyeva görüşüb - Açıqlama

img

19-02-2024 [19:39]


Prezident Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan Türkiyədə səfərdə olan Azərbaycan prezidenti İlham Əliyevin xanımı Mihriban Əliyeva ilə ə Dövlət Qonaq Evində görüşüb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, görüşdə birinci xanımlar Sıfır Tullantı Fondu və Heydər Əliyev Fondu ilə necə əməkdaşlıq etmək, Bakıda keçiriləcək COP29-la bağlı beynəlxalq tədbir və digər məsələlər ətrafında müzakirə apaırblar.

Görüşdən sonra birinci xanım Ərdoğan sosial media hesabında yazıb: "Azərbaycan Prezidentinin əziz xanımı, dostum Mehriban Əliyeva ilə görüşdük. Mən Mehriban xanım Əliyevaya Qarabağ zəfərindən, 30 ildən sonra seçkinin bütün Azərbaycan torpaqlarında yüksək iştirakla keçirilməsindən məmnunluğumuzu bildirdim.  Bu il Azərbaycanın ev sahibliyi etdiyi COP29 ilə bağlı birgə həyata keçirə biləcəyimiz işlər haqqında da fikir mübadiləsi apardıq.

Yenidən Prezident seçilən cənab İlham Əliyevi və onun dəyərli həyat yoldaşı Mehriban Əliyevanı ürəkdən təbrik edir, onlara uğurlu fəaliyyət arzulayıram. İnanram ki, seçkilərdəki qələbə dost Azərbaycan xalqına uğurlar gətirəcək"

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR