Netanyahudan Brazilya prezidentinə xəbərdarlıq: "Bu, artıq qırmızı xətti keçməkdir"

img

19-02-2024 [00:03]


İsrailin baş naziri Benyamin Netanyahu Braziliya prezidenti Luiz İnasio Lula da Silvanın İsrailin Qəzzadakı savaşını Hitlerin yəhudilərə qarşı törətdiyi qətliamla müqayisə etməsinə sərt reaksiya verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, Braziliya prezidenti Silvanın sözlərini "utancverici" adlandırıb: "Bu, utancverici və qorxulu yanaşmadır. O, bununla Holokostu əhəmiyyətsizləşdirmək və İsrailin özünümüdafiə haqqına zərər vermək məqsədi güdüb. İsraili Hitlerlə müqayisə etmək qırmızı xətti keçmək deməkdir. İsrailin buna cavabı olacaq".

İsrailin xarici işlər naziri Yisrael Katz sosial media hesabında yazıb k, Brazilya prezidentinin çxşına görə Braziliyanın İsraildəki səfiri XİN-ı çağırılacaq: "Ona nota veriləcək".

Xatırladaq ki, Braziliya prezidenti Silva 37-ci Afrika Birliyi Zirvə Toplantısı çərçivəsində səfər etdiyi Efiopiyanın paytaxtı Əddis Ababada mətbuata açıqlama verib. O, Qəzzada gedən müharibə barədə danışarkən deyib ki, burada əslində soyqırım törədilir: "Qəzza zolağında fələstinlilərin başına gələnlər tarixdə heç vaxt olmayıb. Əslində olub. Bu, Hitlerin yəhudiləri öldürmək qərarı verdiyində də yaşanıb...".

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR