Sabah hava necə olacaq? - Proqnoz

img

18-02-2024 [12:03]


Fevralın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.

Mia.az xəbər verir ki, sabah havanın temperaturu gecə 1° şaxtadan 2°-dək isti, gündüz 4-7° isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Səhər yağıntılar tədricən kəsiləcək, gündüz əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 6-11° şaxta, gündüz 0-5° şaxta olacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR