Ukrayna səfiri: "Türkiyədən "KAAN" döyüş təyyarəsi alacağıq"

img

16-02-2024 [14:49]


Ukrayna Türkiyənin milli döyüş təyyarəsi "KAAN" almaq istəyir. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Ukraynanın Ankaradakı səfiri Vasil Bodnar deyib.

O, "CNN TÜRK"ə müsahibəsində bildirib ki, Türkiyə ilə Ukrayna arasında müdafiə sənayesi, pilotsuz təyyarələr, mühərriklər və daha çox sahədə getdikcə dərinləşən əməkdaşlıq var.

Səfirin sözlərinə görə, Ukrayna mütəxəssisləri Türkiyənin milli döyüş təyyarəsi olan "Kaan" üçün mühərrik üzərində işləyirlər.

Jurnalistin "Sizcə, Ukrayna gələcəkdə "Kaan"ı satın ala bilərmi?" sualına isə səfir belə cavab verib: "Əlbəttə. Təkcə almayacağıq, ondan aktiv istifadə edəcəyik. Harada istifadə edəcəyimizi də artıq bilirik".

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA