Qəzzada müharibənin 133-cü günü: can itkisi  artıb

img

16-02-2024 [13:51]


İsrailin 133 gündür davam edən hücumları nəticəsində Qəzzada ölənlərin sayı artıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyinin Qəzza üzrə sözçüsü Əşrəf əl-Qudra açıqlama verib.

Məlumata görə,  son 24 saatda Qəzza zolağında daha 112 fələstinli öldürülüb, 157 nəfər isə yaralanıb: "Bununla da ötən ilin oktyabrın 7-dən bu yana Qəzza zolağında həlak olanların sayı 28 min 775-ə, yaralananların sayı isə 68 min 552-yə çatıb".

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR