Venesuela BMT-nin İnsan Haqları Bürosunun ölkədəki fəaliyyətini dayandırdı - 13 əməkdaşa 72 saat vaxt verildi

img

16-02-2024 [00:16]


Venesuela hökuməti BMT İnsan Haqları Müvəkkili Ofisinin ölkədəki fəaliyyətini dayandırıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Venesuela xarici işlər naziri Yvan Gil mətbuat konfransında məlumat verib.

O bildirib ki, BMT-nin ölkədəki İnsan Haqları Ofisi qərəzli olduğundan fəaliyyəti dayandırıb: "Bununla bərabər, 13 BMT əməkdaşının 72 saat ərzində ölkəni tərk etməsini tələb etdik..."

Nazir qeyd edib ki, BMT əməkdaşları ölkədə fəaliyyət istiqamətinə uyğun olmayan işlərlə məşğul olub: "Bu qurum ölkəmizdə sui-qəsdlər və çevriliş cəhdlərində "özəl hüquq firması" kimi fəaliyyət göstər. Halbuki onların missiyası tamamilə başqadır. Onlar BMT-nin daxili nizam-intizamını pozan insanlardır. Ona görə onlara 72 saat vaxt verdik. Ölkəmizə qarşı qərəzli qurum və insanları saxlaya bilmərik".

Yeri gəlmişkən, Venesuelanın baş prokuroru Tarek Villiam Saab prezident Nikolas Maduroya qarşı sui-qəsd cəhdin ilə bağlı 19 nəfərin saxlanıldığını açıqlayıb.

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq