NATO ölkələrindən Ukraynaya müharibənin seyrini dəyişəcək mühüm dəstək - 1 milyon PUA göndərilir

img

15-02-2024 [20:40]


NATO ölkələri Ukraynaya 1 milyon pilotsuz uçuş aparatı (PUA) göndərməyə razılaşıblar.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sensasiyalı məlumatı NATO-nun baş katibi Yens Stoltenberq NATO-nun Brüsseldəki mənzil-qərargahında keçirilən müdafiə nazirləri və NATO-Ukrayna Şurası iclaslarından sonra mətbuata açıqlamasənda söz açıb.

Onun sözlərinə görə, bu gün bir qrup müttəfiq ölkə nümayəndəsi Ukraynaya 1 milyon PUA çatdırmaq məqsədi ilə bir araya gəlib: "NATO-nun 20 müttəfiqi də minalardan təmizləmə koalisiyası yaratmaq qərarına gəlib".

Stoltenberq əlavə edib ki, Türkiyə, Bolqarıstan və Rumıniyanın Qara dənizdə minalardan birgə təmizləmə fəaliyyətindən məmnundurlar: "Bu, Ukraynaya öz ərazi sularından istifadə etmək, Rusiyaya qarşı dənizdə uğur qazanmaq və eyni zamanda, taxıl ixrac etmək üçün çox vacibdir".

Baş katibi mətbuat konfransında bildirib ki, Polşada yeni NATO-Ukrayna müştərək təhlil və təlim mərkəzi yaradılacaq: "Bu mərkəzin məqsədi müttəfiqlərin təcrübələrini Ukrayna ordusu ilə bölüşmək olacaq".

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR