İsrail polisi fələstinlilərin həbsini davam etdirir

img

15-02-2024 [15:54]


İsrail qüvvələri 7 oktyabr 2023-cü ildən bəri işğal altındakı İordan çayının qərb sahilində və Qüdsdə fələstinlilərin həbsini davam etdirir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin Məhbuslar Dərnəyi açıqlama verib.

Qeyd edilib ki, son  sutkada Beytləhm, Tulkerm, Nablus və Cenin bölgələrində daha 20 nəfər səbəbsiz saxlanılıb: "Bununla da oktyabrın 7-dən bu yana tutulanların sayı 7 min 40 nəfərə yüksəlib".

Məlumatda deyilir ki, İsrail polisinin mülki şəxslərin evlərinə özbaşına basqınları hər keçən gün daha da aqressiv formada həyata kerçirilir.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA