Netanyahu: "Tam qələbə çalana qədər savaşacağıq"

img

15-02-2024 [00:20]


İsrailin baş naziri Benyamin Netanyahu Qəzzada hazıərda 1.4 milyon insanın sığındığı Rəfaha hücum həyata keçirəcəklərini təkrarlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə o, X sosial media platformasında paylaşım edib.

Rafaha qurudan hücum edəcəklərini yeniləyən Netanyahu yazıb: "Tam qələbəyə qədər mübarizə aparacağıq...".

O, mülki şəxslərin döyüş bölgələrini tərk etməsinə imkan yaradacaqlarını və bundan sonra hücuma keçəcəklərinin anonsunu verib.

Xatırladaq ki, hətta ABŞ Rəfaha hücumun "böyük fəlakət"ə yol açacağı barədə İsrailə xəbərdarlıq edib. Ancaq görünür, bunun faydası olmayıb.

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR