Çilidə meşə yanğını: ölənlərin sayı 132-yə yüksəlib - 15 min ev külə dönüb

img

14-02-2024 [09:59]


Çilidə davam edən güclü meşə yanğınlarında ölənlərinn sayı artıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Çili Sağlamlığı Xidməti açıqlama yayıb.

Bildirilib ki, Valparaiso və Vina del Mar şəhərlərində davam edən yanğınlarda ölənlərin sayı 132-yə yüksəlib: "Hazırda hava və qurudan yanğını tam nəzarətə almaq üçün tədbirər davam edir".

Xidmətdən o da bildirilib ki, indiyə qədər yanğın zonalarından 89 yanmış cəsəd tapılıb: "Onlardan 64-nün şəxsiyyəti müəyyənləşdirilərək ailələrinə təhvil verilib".

Xatırladaq ki, ölkədə baş verıən güclü yanğın 43 min hektar ərazinin külə döndərib, təxminən 15 min ev yanıb.

Rəsmilər iddia edir ki, yanğınlar qəsdən törədilib.

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR