Şeyx Məhəmməd bin Rəşid Al Məktum İlham Əliyevə təbrik məktubu göndərib

img

13-02-2024 [20:04]


Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktum Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Mia.az xəbər verir ki, məktubda deyilir:

"Möhtərəm cənab Prezident.

Növbədənkənar Prezident seçkilərində qazandığınız inamlı qələbə münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırır və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm.

Zati-aliləri, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan Respublikasının hökumətinə və xalqına inkişaf və firavanlıq arzulayıram".


Digər xəbərlər
SON XƏBƏRLƏR