Türk ordusu Suriyanın şimalında daha 5 PKK-çını zərərsizləşdirib

img

13-02-2024 [11:45]


Türkiyə ordusu Suriyanın şimalındakı Zeytun Budağı və Fərat Qalxanı bölgələrində terrora hazırlaçan PKK/YPG üzvlərinə qarşı daha bir zərbə endirib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyinin yaydığı məlumata görə, zərbə nəticəsində 5 PKK/YPG terrorçusu məhv edilib.

Nazirlik əlavə edib ki, bölgədə terrorun mənbəyi yox olana qədər qətiyyətli mübarizə davam edəcək.

Firudin Səfərli

MİA.AZ
 


Digər xəbərlər
SON XƏBƏRLƏR