Qəzzada daha 3 israilli girov ölüb - 5-i ağır yaralanıb

img

13-02-2024 [00:24]


Qəzzada daha 3 israilli girov ölüb, 5-i ağır yaralanıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məlumatı HƏMAS-ın hərbi qanadı "İzzəddin əl-Qəssam Tuqayları" növbəti açıqlamasında bildirib.

Qeyd olunub ki, İsrailin dünən Rəfaha aviazərbələri nəticəsində ağır yaralanan 8 israilli girovdan 3-ü ölüb: "Ölən girovların  adları və fotoşəkilləri digər yaralıların taleyi aydınlaşdıqdan sonra açıqlanacaq....".

Onu da qeyd edək ki, ötən gün İsrail Rəfaha zərbələri nəticəsində 100-ə yaxın fələstinli öldürülüb, 300-dək yaralı var.

İsrail ordusundan bildirilib ki, hücumla iki israilli girov xilas edilib.

Yeri gəlmişkən, HƏMAS-ın hərbi qanadı bundan əvəvl Xan Yunusun şərq hissəsindəki Absan əl-Kəbirə bölgəsində İsrail ordusu ilə döyüşdə daha 10 israil əsgərini öldürdüklərini açıqlayıb.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR