ABŞ müdafiə naziri reanimasiyaya yerləşdirilib - Açıqlama

img

12-02-2024 [12:06]


ABŞ müdafiə naziri Lloyd Ostin yenidən xəstəxanaya aparılıb. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.

Bildirilib ki, 70 yaşlı Lloyd Ostinin sidik kisəsində problem qəfildən pisləşib.

Pentaqonun açıqlamasına əsasən, o, "Walter Ried" Milli Hərbi Tibb Mərkəzində reanimasiyada mülaicə olunur.

Xatırladaq ki, Ostin ötənilin dekbarın  sonunda prostat xərçəngindən əməliyyat edilib. Həmin vaxt onun xəstəxanada oması gizli saxlanılıb. Bu isə hökumətlə onun arasında böhrana səbəb olmuşdu.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA