Macarıstan prezidenti istefa verdi - Yanlış əfvə görə

img

10-02-2024 [23:13]


Macarıstanda prezident Katalin Novak istefa verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, 2023-cü ilin aprelində uşaq zorakılığına görə məhkum olunmuş şəxsi əfv etməi faktının üzə çıxmasından sonra buna məxbur qaldığını gizlətməyib.

Katalin Novak cəmiyyətin müxtəlif təbəqələrindən, xüsusən də müxalifətdən artan etirazlardan sonra Qətər səfərini yarımçıq kəsərək ölkəyə dönüb. Prezident ölkəyə qayıtdıqdan sonra paylaşdığı videomüraciətdə səhv etdiyini və buna görə vəzifəsindən istefa verdiyini bəyan edib.

Baş nazir Viktor Orban da etirazlara biganə qalmayıb. Orban deyib ki, o, uşaq istismarına görə məhkum edilmiş birinin əfv edilməsini ləğv edən konstitusiya dəyişikliyi təklif edəcək.

Novakın əfv etdiyi şəxs məktəbdə uşaqlara qarşı zorakılıq edən məmurun törətdiyi cinayətləri ört-basdır etmək və buna görə də cinayətin iştirakçısı olduğu üçün mühakimə olunub.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR