İordan çayının qərb sahilində daha 15 fələstinli həbs olunub

img

09-02-2024 [16:50]


İordan çayının qərb sahilində daha 15 fələstinli həbs olunub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstinli Əsirlər Dərnəyi məlumat paylaşıb.

Qeyd edilib ki, İsrail əsgərləri Şərqi Qüds, Ramallah, Tukerim, Nablus və Yerixoda evlərə basqınlar edərək, daha 15 fələsətinli  gənci saxlayıb: "Onların hara aparılmaları bəlli deyil". 

Xəbərdə deyilir ki, bununla da 7 oktyabr 2023-cü il tarixindən bu yana İordan çayının qərb sahilində əsassız tutulanların sayı 6 min 940-a yüksəlib.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR