ABŞ: "İsrailin Rəfaha hücumu fəlakətə yol açar"

img

09-02-2024 [00:14]


ABŞ administrasiyası İsrailə xəbərdarlıq edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Ağ Evin rəsmisi Con Kirbi gündəlik mətbuat konfransında söz açıb.

O, israilin Rəfah bölgəsinə göğzlənilən hücumu ilə bağlı deyib: "Biz İsrailin ​​dərhal və ya yaxın gələcəkdə Rəfəh bölgəsində hərbi əməliyyatlara başlayacağına dair planları görməmişik. Fələstinlilər Rəfah və onun ətrafında mühafizə olunur. Orada çoxlu köçkünlər var. Bu insanlara qarşı hərbi əməliyyatlar dəhşətli fəlakət yaradar. O səbəbdən biz bu hücumu dəstəkləmirik".

Xatırladaq ki, təxminən 2,3 milyon insanın yaşadığı Qəzza zolağında təxminən 1,9 milyon fələstinli məcburi köçkün vəziyyətinə düşüb. Onların əksəriyyəti Qəzza zolağının cənubunda - Misirlə sərhəddə yerləşən Rəfah şəhərinə sığınıb.

Samir Musayev

MİA.AZ
 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA