Batşuayi atır, "Fənərbağça" qazanır - İstanbul klubu 1/4-ə yüksəldi

img

08-02-2024 [08:57]


"Fənərbağça"nın belçikalı forvardı Mişi Batşuayi komandasını "çiynində daşıyır"

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ötən axşam "Qaziantep FK" ilə Ziraat Türkiyə Kubokunun 1/8 final mərhələsində səfərdə "döyüş"ə çıxan İstanbul klubu rəqibini 2:0 hesabı ilə məğlub edərək, 1/4 finala yüksəlib.

"Fənərbağça"nın hər iki qoluna Mişi Batşuayi imza atıb. O, oyunun 17-ci dəqiqəsində penalti ilə hesabı açıb, 31-ci dəqiqədə isə oyundakı son qolu vurub.

Beləliklə, belçikalı futbolçu bu mövsüm "Fənərbağça" forması ilə 17 qol ataraq komandasına böyük töhvıələr verir.

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR