Pakistanda 128 milyon seçkiyə gedir: səsvermə başlayıb

img

08-02-2024 [08:34]


Pakistanda 128 milyondan çox seçici ölkədə 5 il müddətində qanunvericilik səlahiyyətlərini icra edəcək Pakistan Milli Assambleyası (parlament) və əyalət məclislərinə keçirilən seçkilər üzrə səs verməyə başlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, yerli vaxtla saat 08:00-da başlayan səsvermə prosesi saat 17.00-da bitəcək.

Məlumata görə, parlamentdəki 266 yer uğrunda 5 min 121 namizəd, 4 ştatın məclislərində isə 593 yer uğrunda 12 min 695 namizəd mübarizə aparır.

Vətəndaşlar 5 il fəaliyyət göstərəcək parlament və əyalət məclisi üzvlərini seçmək üçün ölkə üzrə yaradılmış 90 min 675 seçki qutusunda səs verəcəklər.

Seçicilər Lahor, Kəraçi, Pişəvər və Kvetta kimi şəhərlərdə, xüsusən də paytaxt İslamabadda səs vermək üçün uzun növbələr yaradıblar.

Seçki Komissiyasının məlumatına görə, 241,49 milyon əhalisi olan Pakistanda 128 milyon 585 min 760 seçici qeydə alınıb. Bu seçicilərin 69,2 milyonu kişi, 59,3 milyonu isə qadındır.

Seçkiləri 100-dən çox beynəlxalq müşahidəçi və xarici jurnalistlər də izləyir.

Səsvermə yerli vaxtla saat 17.00-da başa çatacaq.

Qeyri-rəsmi nəticələrin gecə yarısı gəlməyə başlaması və yekun nəticələrin sabah açıqlanacağı gözlənilir.

Onu da qeyd edək ki, Pakistan Milli Assambleyasında ümumilikdə 336 yer var. Milli Assambleyadakı 336 yerdən 60-ı qadınlar, 10-u isə dini azlıqlar üçün ayrılıb. Yəni, onlar səsvermə olmadan yerlərini alırlar. Qalan 266 deputat mandati yeri isə seçki ilə müəyyən olunur.

Yeri gəlmişkən, ölkənin baş naziri deputatlar tərəfindən müəyyənləşir.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq