Pakistanda son 24 saatda 3-cü partlayış: daha 2 nəfər həlak ollub, yaralılar var

img

08-02-2024 [00:04]


Pakistanın Bəlucistan əyalətində son 24 saatda baş verən 2 terrror aktından sonra daha biri də Kəraçi şəhərində baş verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ilkin məlumata görə, hücum nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb. Bölgəyə çoxlu sayda polis və təcili yardım göndərilib. Hadisə ilə bağlı genişmiqyaslı araşdırma və əməliyyatlar başlayıb.

Xatırladaq ki, Bəlucistandakı son terror aktlarında isə ölənlərin ümumi sayı 27-yə yüksəlib, 80 nəfər yaralanıb.

Baş verən terrorlarla bağlı Bəlucistanda 3 günlük matəm elan olunub.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR