Daha bir ölkədə ölüm hökmü ləğv olunub

img

08-02-2024 [10:10]


Daha bir ölkədə ölüm hökmü ləğv olunub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Zimbabve Nazirlər Kabineti məlumat yayıb.

Bildirilib ki, hökumətdə bir il müzakirə olunan qanun layihəsi ölkə parlamentinə göndərilib və təsdiqlənib.

Yeni qanuna görə, qatillərə ölüm cəzası əvəzinə, uzunmüddətli həbs cəzası veriləcək.

Xatırladaq ki, Britaniya müstəmləkəçiliyinin mirası olan ölüm cəzası 2005-ci ildən bu yana ölkədə tətbiq edilməyib.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR