Səlahəddin Dəmirtaş xanımının seçkidən geri çəkilməsinə belə reaksiya verdi: "Biz nə etdiyimizi bilirik”

img

07-02-2024 [21:12]


Xalq Bərabərliyi və Demokratiya Partiyasından (DEM Partiyası) İstanbul Böyükşəhər Bələdiyyə sədrliyinə namizədliyi irəli sürüləcəyi gözlənilən keçmiş HDP-nin həbsdə olan sabiq həmsədri Səlahəddin Demrtaşın xanımı Başak Demirtaşın seçkidən geri çəkilməsi barədə bəynaatı qardaş Türkiyədə müzakrəyə çevrilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Başak Demirtaşın geri çəkilmə qərarına həbsdə olan həyat yoldaşı Səlahəddin Demirtaş da reaksiya verib.

O, xanımının qərarı barədə xalqa səslənib: "Başak xanımın namizədlik bəyanatı partiyamızı gücləndirmək idi və onun geri çəkilmə bəyanatı da partiyamızın bilgisi daxilində olub. Xalqımız bilməlidir ki, bütün bu proseslər birlikdə aparıldı. Xalqımız bizə güvənməlidir, biz nə etdiyimizi bilirik”.

Xatırladaq ki, Başak Demirtaş da geri çəkilmə qərarını partiya ilə birgə müzakirədən sonra verdiklərini açıqlayıb.

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR