Türkiyə kuboku: “Qalatasaray” sürprizə imkan vermədi

img

07-02-2024 [00:03]


"Qalatasaray" Ziraat Türkiyə Kubokunun 1/8 final mərhələsində 1-ci liqa təmsilçisi "Teksüt Bandırmaspor"la qqarşılaşıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, “Qalatasaray” zəif rəqibinə aman tanımayıb - 4:2.

RAMS Parkda keçirilən qarşılaşmada "Qalatasaray" 27-ci dəqiqədə Davinson Sançesin baş zərbəsi ilə önə keçib - 1:0.

34-cü dəqiqədə "Qalatasaray" VAR yoxlamasından sonra penalti qazanıb. 36-cı dəqiqədə penalti zərbəsində Halil Dərvişoğlu dıqiq olub - 2-0.

39-cu dəqiqədə VAR yoxlamasından sonra sarı-qırmızılı komandanın xeyrinə daha bir penalti qərarı verilib. 40-cı dəqiqədə Tete penaltini qola çevirib - 3:0.

"Teksüt Bandırmaspor" 45+3-də Sergen Piçinciol ilə fərqi azaldıb - 3-1.

"Bandırmaspor"un 60-cı dəqiqədə Mustafa Çeçenoğlunun vurduğu qol VAR yoxlamasından sonra ofsayd səbəbiylə ləğv olunub.

77-ci dəqiqədə “Teksüt Bandırmaspor” Remi Mulumba ilə fərqi 1-ə endirib - 3-2.

90+5-də isə "Qalatasaray"ın yeni transferi Karlos Vinisius hesaba nöqtə qoyub - 4-2.

Beləliklə, "sarı-qırmızılı" komanda 1/4 final yüksəlib.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR