UEFA Avropa Liqası: "Qalatasaray" heyətini yeniləyib - SİYAHI

img

07-02-2024 [00:04]


UEFA Avropa Liqasının pley-off mərhələsində Çexiyanın Sparta Praqa komandası ilə mübarizə aparacaq "Qalatasaray" UEFA-ya daha əvvəl göndərdiyi siyahıya dəyişiklik edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul klubu az əvvəl transfer etdiyi Karlos Vinisius, Serj Aurier və Berkan Kutlunun adını daxil edib.

Onlarla yanaşı, az əvvəl satılan Saşa Boey, Sedrik Bakambu və Angelino siyahıdan çıxarılıb.

Bundan əlavə, "Qalatasaray"dan Halil Dərvişoğlu və Eyüp Aydın bu dəfə də siyahıda yer almayıb.

Beləliklə, "Qalatasaray"ın UEFA Avropa Liqası üçün yenilənən heyəti belədir:

Fernando Muslera, Günay Güvenç, Davinson Sanchez, Kaan Ayhan, Victor Nelsson, Abdülkerim Bardakcı, Kazımcan Karataş, Serge Aurier, Kerem Demirbay, Berkan Kutlu, Hakim Ziyech, Serge Oliveira, Lucas Torreira, Tanguy Ndombele, Kerem Aktürk, Mauro Aktürk , Wilfried Zaha, Tete, Barış Alper Yılmaz, Carlos Vinicius

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR