"Təhsil Ekspertləri Mərkəzi" təsis olunub - Açıqlama

img

06-02-2024 [19:18]


"Təhsil Ekspertləri Mərkəzi" təsis olunub.

Mia.az xəbər evrir ki, bu barədə təhsil eksperti Elşən Qafarov məlumat verib.

Onun sözlərinə görə, "Təhsil Ekspertləri Mərkəzi" ölkəmizdə təhsil islahatları dövründə yaranan problemlərin meydana çıxma səbəblərini araşdırmaq, onların aradan qaldırılması ilə bağlı təhlillər, təhqiqatlar aparmaq, həmin problemlərin həlli ilə bağlı təkliflərlə çıxış etmək məqsədi ilə təhsil ekspertləri - Ilham Əhmədov, Məzahir Məmmədli, Sona Əliyeva, Kamran Əsədov, Elşən Qafarov, Vusal Karimli, Elçin Əfəndiyev, Elmin Nuri və Adil Veliyev tərəfindən təsis edilib: ""Təhsil Ekspertləri Mərkəzi"  olaraq təhsil prosesinin tərəflərini, (təhsilverənləri, valideyinləri, təhsilalanları)  ziyalıları, təhsil sahəsində QHT - ləri, təhsil idarəetmə orqanlarını, təhsil sahəsində araşdırmaçı mütəxəsisləri və KİV nümayəndələrini əməkdaşlığa dəvət edirik.

Mərkəz həm paytaxtda, həm bölgələrdə təhsil prosesini və problemlərini yaxından izləyəcək, təhsilin inkişafı üçün təkliflərini hazırlayıb təqdim edəcəkdir. 

Həmçinin Mərkəz tərəfindən mütəmadi olaraq təhsil prosesinin iştirakçıları üçün təlimlər və dəyirmi masalar, müzakirə klubları təşkil olunacaqdır.  Əsas məqsəd təhsilin tərəflərini maraqlandıran məsələlərə yaxından dəstək verməkdir".


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq