İsrail 1236 fələstinlini həbs edib - Yanvar ayında...

img

06-02-2024 [18:07]


İsrail yanvar ayında İordan çayının qərb sahilində və Qüdsdə 1236 fələstinlini həbs edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məlumatı Fələstin Məhbuslar Dərnəyi yayıb.

Məlumata görə, İsrail poliis yanvar ayında İordan çayının qərb sahili və Qüdsdə 30-u qadın, 73-ü uşaq olmaqla, ümumilikdə 1236 fələstinlini qandalalyıb: "Onlar heç bir əsas olmadan, heç bir rəsmi ittiham irəli sürülmədən saxlanılaraq naməlum istiqamətlərə aparılıblar".

Hesabata görə, hazırda İsrail həbsxanalarına 7 oktyabr 2023-cü ildən bu yana 6 min 870 nəfər fələstinli etap olunub: "Saxlanılanlardan 52-i jurnalistdir".

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA